EN

ABŞ Polşaya əlavə 5 min hərbçi göndərəcək

Vaşinqton, 22 may, AZƏRTAC

ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini elan edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O, Polşanın hazırkı Prezidenti Karol Navrotskini seçkilərdə dəstəklədiyini və onunla münasibətlərdən məmnunluğunu qeyd edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Chosen
5
3
azertag.az

4Sources