EN

Müctəba Xameneidən ABŞ-la bağlı kritik qərar

İran rəhbərliyinə yaxın yüksəkvəzifəli mənbənin məlumatına görə, Müctəba Xamenei Vaşinqtona zənginləşdirilmiş uranın verilməməsi barədə yekun qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyənin “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata əsasən, qərar İran daxilində aparılan məsləhətləşmələrdən sonra verilib və Tehranın nüvə proqramı ilə bağlı mövqeyində geri addım atmaq niyyətində olmadığını göstərir.

Bildirilir ki, məsələ İran-ABŞ münasibətləri və nüvə danışıqları fonunda xüsusi əhəmiyyət daşıyır. Hazırda tərəflərdən rəsmi təsdiq və ya əlavə açıqlama verilməyib.

 

Musavat.com

Chosen
79
musavat.com

1Sources