EN

Bizim yeni Avropa çempionlarımız - Hüseyn və Paşa

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, yunan-Roma güləşi üzrə millimizin 2 üzvü Avropa çempionu olub.

Belə ki, Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək, Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək Avropa çempionu adına sahib çıxıb.

Chosen
25
1
sportinfo.az

10Sources