EN

Mərakeşdə yaşayış binasının çökməsi nəticəsində 14 nəfər ölüb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Mərakeşin Fes şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Hespress” şəhərin tibb rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, daha altı nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl Fesin tarixi məhəlləsində yaşayış binasının uçması nəticəsində doqquz nəfərin öldüyü bildirilmişdi.

Mərakeş Milli, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin sözçüsü Ədib Benibrahim bildirib ki, bina qanunsuz tikinti səbəbindən çöküb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
azertag.az

3Sources