EN

Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.

"Cebheinfo.az"ın məlumatına görə, artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb.

Bakı–Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub.

Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək.

Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından almaq mümkündür

"Cebheinfo.az" 

Chosen
2
13
cebheinfo.az

6Sources