ABŞ Polşaya əlavə 5000 əsgər göndərmək barədə qərar verib.
Azreform.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
Tramp dəstəklədiyi Polşa Prezidenti Karol Navrotski ilə yaxşı münasibətlərinin olduğunu və bu münasibətləri nəzərə alaraq ölkəyə əlavə 5000 əsgər göndərəcəklərini açıqlayıb.
ABŞ Prezidenti Tramp daha əvvəl Polşa və Almaniyadakı Amerika qoşunlarının sayını azaltmağı düşündüyünü bildirib.
ABŞ-ın vitse-prezidenti C.D Vens məsələ ilə bağlı açıqlamasında Polşadakı ABŞ qoşunlarının sayını azaltmadıqlarını, sadəcə qoşun yerləşdirmələrini təxirə saldıqlarını deyib. "Biz bütün Amerika qoşunlarının Avropadan çıxarılmasından danışmırıq. Biz bəzi resursların Amerika təhlükəsizliyini maksimum dərəcədə artıracaq şəkildə yenidən bölüşdürülməsindən danışırıq", - Vens qeyd edib.
Mürtəza