EN

Kral Çarlzın ölüm xəbəri yayıldı

İngiltərənin “Radio Caroline” stansiyası səhvən Kral Çarlzın ölüm xəbərini yayımlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Bildirilib ki, texniki nasazlıq səbəbindən sistem dinləyicilərə Kral Çarlzın vəfat etdiyi barədə yanlış elan yayıb.

Bundan sonra yayım bir müddət səssiz qalıb. Stansiya rəhbəri Peter Mur bildirib ki, ani hallar üçün nəzərdə tutulan bu ssenari radiolarda daim hazır saxlanılır.

Chosen
55
publika.az

1Sources