EN

ABŞ Polşaya əlavə 5000 əsgər göndərəcək

ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navrotski ilə yaxşı münasibətlərini nəzərə alaraq ölkəyə əlavə 5000 əsgər göndərmək qərarına gəldiyini açıqladı.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Polşaya əlavə qoşun göndərilməsi ilə bağlı açıqlamalarını özünün Truth Social hesabında paylaşıb.

Tramp dəstəklədiyi Polşa prezidenti Navrotski ilə yaxşı münasibətlərini vurğuladı və bu münasibətləri nəzərə alaraq ölkəyə əlavə 5000 əsgər göndərəcəklərini açıqladı.

ABŞ prezidenti Tramp daha əvvəl Polşa və Almaniyadakı Amerika qoşunlarının sayını azaltmağı düşündüyünü bildirmişdi.

ABŞ-ın vitse-prezidenti J.D. Vance məsələ ilə bağlı əvvəlki gün verdiyi açıqlamada Polşadakı ABŞ qoşunlarının sayını azaltmadıqlarını, sadəcə qoşun yerləşdirmələrini təxirə saldıqlarını qeyd edərək, "Biz bütün Amerika qoşunlarının Avropadan çıxarılmasından danışmırıq. Bəzi resursların Amerika təhlükəsizliyini maksimum dərəcədə artıracaq şəkildə yenidən bölüşdürülməsindən danışırıq" deyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
4
7
turkustan.az

9Sources