EN

Meksika XİN: Sosial ədalət olmadan inkişafdan danışmaq mümkün deyil

Meksikada yerli xalqların hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Teleqraf xəbər verir ki, bunu Meksika Xarici İşlər Nazirliyinin təmsilçisi Mariana Posada Lombana Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.

O bildirib ki, Meksika çoxmədəniyyətli ölkədir və burada yerli xalqlar, mestislər və afro-meksikalılar birgə yaşayır:

“Meksikada təxminən 17 milyon nəfər özünü yerli xalq nümayəndəsi hesab edir ki, bu da ölkə əhalisinin 15 faizini təşkil edir”.

Mariana Posada Lombananın sözlərinə görə, sosial ədalət olmadan inkişafdan danışmaq mümkün deyil və dövlət siyasəti resurslardan daha ədalətli istifadəni təmin etməyə yönəlməlidir:

“Yerli xalqlar müxtəlif etnik qrupları, dilləri və mədəni xüsusiyyətləri əhatə etdiyindən vahid yanaşma tətbiq etmək mümkün deyil”.

Chosen
3
teleqraf.com

1Sources