Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dəmlənilən qara çay uzun müddət qaldıqda və ya bayatladıqda adətən birbaşa çanağa tökülür. Lakin aparılan elmi araşdırmalar böyüklərin illərdir dediyi “atmayın, lazım olar” məsləhətinin tamamilə doğru olduğunu üzə çıxarıb. Çayın tərkibindəki güclü antioksidantlar dəri və bitki qulluğunda gözlənilməz müsbət nəticələr verir.Demokrat.az-ın məlumatına görə, çox dəmlənmiş bayat çay dərini sıxılaşdırır, şişkinliyi götürür və qan dövranını sürətləndirir. Eyni zamanda saçlara təbii parlaqlıq bəxş edir. Mövzu ilə bağlı danışan kimyaçı Batuhan Tümay bildirib ki, tünd qara çay antiseptik xüsusiyyətləri sayəsində dərialtı təbəqəni təmizləyir və dəri tonunu bərabərləşdirir. Bu səbəbdən həmin faydalı elementlərdən hazırda bir çox kosmetik vasitələrin istehsalında geniş istifadə olunur.Bu faydalı vasitə təkcə gözəllik üçün deyil, ev bitkilərinin bəslənilməsində də mühüm rol oynayır. Dəmlikdə qalan çay qalıqlarını dibçəklərə tökməklə torpağı zənginləşdirmək mümkündür. Ekspertlər qeyd edir ki, çayın tərkibindəki minerallar torpağı qidalandırır və çiçəklərin daha canlı görünməsinə kömək edir. Ona görə də bayat çayı atmadan əvvəl onun bu faydalarını mütləq nəzərə almaq lazımdır.Yəni evdə qalan bayat çayı çanağa tökmək əvəzinə həm üzünüzə qulluq etmək, həm də dibçək güllərini canlandırmaq üçün təbii vasitə kimi istifadə edə bilərsiniz.Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.