EN

Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO

Bakı-Sumqayıt yolunda sıxlığın aradan qaldırılması məqsədi ilə yeni yol ötürücüsü inşa ediləcək...

Sitat.info "Xəzər Tv"yə istinadən xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, Sumqayıt yolunda ''Ekologiya'' postuna çatmadan birbaşa keçidi təmin edən yeni bağlantı yaradılacaq.

 Mütəxəssislər hesab edirlər ki, yeni yol ötürücüsü nəqliyyat axınının alternativ istiqamətlər üzrə bölüşdürülməsinə imkan verəcək. Nəticədə həm Bakı-Sumqayıt magistralında, həm də Xırdalan dairəsi ətrafında sıxlıq müəyyən qədər azalacaq.

 Layihə yalnız tranzit hərəkəti üçün deyil, ətraf qəsəbələrdə yaşayan sakinlər üçün də mühüm əhəmiyyət daşıyacaq.

Xüsusilə Sulutəpə, Hökməli, Qobu və Müşviqabad istiqamətində hərəkət edən sürücülər üçün həmin yol ötürcüsü alternativ marşrut hesab ediləcək.

Chosen
17
11
sitat.info

10Sources