ABŞ və İran Pakistanın vasitəçiliyi ilə yekun saziş layihəsini razılaşdırıblar.
Â
Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Â
Mənbənin bildirdiyinə görə, sənəd bütün cəbhələrdə atəşkəsin elan olunmasını və tərəflərin infrastruktur obyektlərinə zərbələr endirməkdən imtina etməsini nəzərdə tutur.
Â
Saziş çərçivəsində Fars körfəzi və Hörmüz boğazında gəmiçilik azadlığına təminat verilir.
Â
Razılaşmaya əsasən, Tehranın müqavilənin bütün müddəalarına əməl etməsi müqabilində İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar mərhələli şəkildə ləğv olunacaq.
Â
Oxu.az bildirir ki, rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi, qalan həll olunmamış məsələlərlə bağlı danışıqların isə yeddi gün ərzində başlanacağı gözlənilir.