EN

“AİB-dən çıxmaq qərarını yalnız Ermənistan verə bilər” - Paşinyan

“Ermənistanın Avrasiya İqtisadi Birliyindəki (AİB) statusu məsələsi yalnız Ermənistan tərəfindən müzakirə edilə bilər”.

Missiya.Az xəbər verir ki, bunuErmənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistanın AİB-ə üzvlüyü mövzusuna toxunan Paşinyan qeyd edib ki, ittifaqın qaydalarına əsasən, üzv dövlətdən çıxmaq qərarı yalnız sözügedən dövlət tərəfindən verilə bilər.

"AİB-də status məsələsini yalnız Ermənistan AİB qaydalarına uyğun olaraq müzakirə edə bilər. AİB üzvü yalnız çıxmaq qərarına gələ bilər, başqa heç bir proses yoxdur. Biz istənilən məsələni müzakirə edə bilərik və güman edirəm ki, tərəfdaşlarımızın sualları ola bilər və biz bütün sualları səbirlə cavablandıracağıq", - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Chosen
21
1
missiya.az

2Sources