EN

Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1000-dən çox bilet satılıb

BAKI, 22 may. TELEQRAF

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Azərbaycan Dəmir Yollarından Teleqraf-a verilən məlumata görə, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
Chosen
13
33
teleqraf.com

10Sources