EN

İran münaqişəsi Fransa iqtisadiyyatına 6 milyard avrodan çox baha başa gəlib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın maliyyə naziri Rolan Leskür "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, İrana qarşı müharibə ölkə üçün 6 milyard avrodan çox gözlənilməz əlavə xərclərə səbəb olub və bu məbləğin böyük hissəsi faiz ödənişlərinin artmasının payına düşür. Eyni zamanda, vergi daxilolmalarının proqnozlaşdırılandan daha az olacağı gözlənilir ki, bu da rəsmi Parisin 2026-cı il üçün iqtisadi artım proqnozunu 1%-dən 0,9%-ə endirməsinə, həmçinin işsizlik səviyyəsinin son beş ilin maksimumuna - 8,1%-ə yüksəlməsinə gətirib çıxarıb. 

Nazir vurğulayıb ki, atom enerjisinə əsaslanan enerji balansı və sosial təminat sistemi sayəsində Fransa iqtisadiyyatı hələlik davamlılıq nümayiş etdirir və mövcud vəziyyət böhranlı "qırmızı" deyil, sadəcə xəbərdarlıq xarakterli "narıncı" siqnal mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources