EN

Jorje Jezuş “Əl-Nəsr”dən ayrılır – RƏSMİ

“Əl-Nəsr”in baş məşqçisi Jorje Jezuş 2025/2026-cı illər mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasında qalib gəldikdən sonra komandadan ayrılacağını açıqlayıb.

Msport.az xəbər verir ki, portuqaliyalı məşqçi komandanı 2025-ci ilin avqustunda təhvil alıb.

“Mən bu çağırışı (“Əl-Nəsr”i məşqçilik etmək üçün) yalnız Kristianoya “Sənin çempion olmağına kömək edəcəyəm, titul qazanacağıq və sonra gedəcəyəm” dediyimə görə qəbul etdim. Vəssalam. Mənim üçün hər şey bitdi. Bu, “Əl-Nəsr”in məşqçisi kimi son oyunumdur”, – deyə Jezuş bildirib.

Səudiyyə Ərəbistanı çempionatının 34 turundan sonra “Əl-Nəsr”in 86 xalı var və turnir cədvəlini birinci yerdə başa vurub. “Əl-Hilal” isə 84 xalla ikinci yerdədir.

Qeyd etmək lazımdır ki, hücumçu və komandanın kapitanı Kriştiano Ronaldo ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.

Chosen
43
3
msport.az

4Sources