EN

Paşinyan gələcək planlarında Azərbaycan şərtini açıqladı

Cənubi Qafqazda post-münaqişə dövrünün iqtisadi və siyasi mənzərəsi formalaşarkən, Ermənistan rəhbərliyindən ölkənin gələcək inkişaf modelinə dair növbəti diqqətçəkən bəyanat gəlib. Ermənistan hökumətinin başçısı ölkəsinin düşdüyü dərin böhrandan yeganə çıxış yolunu Azərbaycanla sülh münasibətlərində gördüyünü rəsmən etiraf edib.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yaxın 10-15 ildəki gələcəyini necə təsəvvür etməsi ilə bağlı verilən sualı cavablandırarkən rəsmi Bakı ilə münasibətlərin normallaşmasını əsas şərt kimi irəli sürüb. Baş nazir Ermənistanın gələcək iqtisadi tərəqqisinin birbaşa sülh müqaviləsindən asılı olduğunu vurğulayıb.

Nikol Paşinyan öz gələcək baxışlarını və hədəflərini açıqlayaraq bu sensasion fikirləri səsləndirib: "Mən özüm üçün dinc, suveren bir Ermənistan təsəvvür edirəm. Mən Azərbaycanla imzalanmış və ratifikasiya olunmuş sülh sazişini, tam başa çatmış sərhəd demarkasiyasını və tam açılmış nəqliyyat yollarını təsəvvür edirəm. Hesab edirəm ki, 15 ildən sonra bizim ümumi daxili məhsulumuz (ÜDM) real ifadədə ən azı iki dəfə artacaq. Başqa sözlə, biz şərti olaraq dünyanın kəsişmə nöqtəsi (sülhün kəsişməsi) olan demokratik, azad, müstəqil və firavan bir dövlətə çevriləcəyik".

Musavat.com

Chosen
48
musavat.com

1Sources