EN

Macarıstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Macarıstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli mayın 25-də Macarıstanın Budapeşt şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, komitə sədri səfər çərçivəsində Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə ölkəmizin Macarıstandakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaq.

Səfər mayın 28-də başa çatacaq.

Süleyman
Chosen
24
2
newscenter.az

3Sources