ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, sabiq deputat Cavid Qurbanov Vətən müharibəsində öz ifası ilə əfsanəyə çevrilən şəhid Xudayar Yusifzadəyə şeir həsr edib.
Gununsesi.info–nun xəbərinə görə, həmin şeirə əməkdar artist, tanınmış muğam ifaçısı Babək Niftəliyev mahnı həsr edib.
Sözügedən mahnını təqdim edirik:
https://vt.tiktok.com/ZSxUvsD6u/
Sözlərinə mahnı yazılan həmin şeiri bir daha oxucuların diqqətinə çatdırırıq:
Duman gəldi, dağ dumanda əridi,
Yağı düşmən ətrafları bürüdü.
Ana yurdun bülbül səsli igidi,
Nəğmələrin Səndən qaldı yadigar,
Şəhid balam, şəhid oğlum, Xudayar!
Sən daşıydın , torpağıydın Vətənin,
Ağacıydın, budağıydın Vətənin,
Nəğməli bir qonağıydın Vətənin,
Sən gedəli o dağlara yağdı qar,
Şəhid balam, şəhid oğlum, Xudayar!
Unudarmı oba Səni, el Səni ?!
Unudarmı çəmən, çiçəkək, gül Səni?!
Unudarmı duman Səni, çən Səni ?!
Hər ürəkdə Sənin üçün xeymə var ,
Şəhid balam, şəhid oğlum, Xudayar!
Dastan deyib, dastan olan igidim,
Döyüşündə aslan olan igidim,
Şəhidliklə zirvə tutan igidim,
Ruhun cənnət, yerin olsun laləzar,
Şəhid balam, şəhid oğlum, Xudayar!
Elmar
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.