EN

Prezidentin xüsusi nümayəndəsi: Ağdam tamamilə yeni sima qazanmağa başlayıb

“Biz elektrik sistemlərini qurmaq naminə ərazini minalardan təmizləyərək koridor açmaq üçüm 1 il sərf etdik. Çünki elektrik çox mühüm infrastruktur idi”.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, mina problemi hələ uzun illər davam edəcək fundamental təhlükədir: “Reallıq budur ki, biz uzun müddət minalarla birlikdə yaşamağın yollarını tapmalı olacağıq. İnsanların təhlükəsizliyini daim prioritet saxlamalıyıq”.

Emin Hüseynov mədəni irslə bağlı urbisid nümunələrinə də toxunub: “Ağdam Cümə məscidi tamamilə dağıdılmasa da, ciddi şəkildə təhqir olunmuşdu. Məsciddə donuz və inək saxlanılmışdı. Divarlarda güllə izləri və təhqiramiz yazılar vardı. Halbuki bu məkan xalqımız üçün müqəddəs dini abidə hesab olunur. Bərpa işlərindən sonra isə məscid öz əvvəlki görkəmini bərpa edib. Digər mühüm nümunə İmarət Kompleksidir. İşğal dövründə bu ərazi də vandalizmə məruz qalmış, türbələrin bir hissəsi dağıdılmışdı. Burada Pənahəli xanın, onun övladlarının və nəslinin digər üzvlərinin dəfn olunduğuna inanılır. Hazırda isə həmin ərazi bərpa olunaraq muzey kimi fəaliyyət göstərir. Bu, Azərbaycanın mədəni irsin qorunmasına necə böyük önəm verdiyini göstərir”.

Xüsusi nümayəndə qeyd edib ki, kimsə urbisidin nə olduğunu göstərmək üçün nümunə axtarırsa, Ağdam bunun ən bariz nümunəsidir: “Şəhər işğaldan azad ediləndə “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılırdı. Beş il ərzində isə Ağdam tamamilə yeni sima qazanmağa başlayıb və sanki simurq quşu kimi küllərindən yenidən doğulur”.

Chosen
46
6
apa.az

7Sources