EN

Vindhuk şəhərinin meri: Həmin insanların çoxu qeyri-rəsmi ərazilərdə yaşayanlardır

BAKI, 22 may. TELEQRAF

Rəqəmsal alətlərlə bağlı məsələdə köməyə ehtiyacı olan insanlarımızın çoxu qeyri-rəsmi ərazilərdə yaşayanlardır.

Teleqraf xəbər verir ki, bunu Namibiyanın Vindhuk şəhərinin meri Zakarias Uunona Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Sadəcə Təcrübədə Keçidlər. Birgə Qeyri-rəsmi və Böhran üçün Rəqəmsal Alətlərin Yaradılması" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, orada internet, "Wi-Fi" orada yoxdur.

"Bəzən onlar "Wi-Fi"ya yalnız şəhərin o biri tərəfində, iş yerlərində olduqda qoşula bilirlər, lakin evə qayıtdıqda şəbəkə bir az zəif olur. Bu sahədə təkmilləşdirməyə ehtiyac var.Şəbəkələşmə icra olunmalıdır. Elə bir sistem qurmalıyıq ki, hər kəs şəbəkəyə qoşulsun, lazımi məlumatı doğru zamanda ala bilsin. Onlar hər hansı bir məsələyə aydınlıq gətirmək istədikdə, bunu vaxtında əldə edə bilsinlər. Sistemə etibarları olsun deyə tam və konkret izahatlar ala bilsinlər", - o vurğulayıb.

Chosen
81
teleqraf.com

1Sources