EN

Şəmkirdə İsti Briketlənmiş Dəmir zavodu layihəsi üzrə ictimai dinləmələr keçirilib

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəmkirdə İsti Briketlənmiş Dəmir (İBD) zavodu layihəsi üzrə ictimai dinləmələr keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, “Azerbaijan Metal Company” MMC (“AzMC”) tərəfindən Şəmkir rayonunda icrası planlaşdırılan İsti Briketlənmiş Dəmir (İBD) zavodu layihəsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) prosesi çərçivəsində ictimai dinləmə və maarifləndirici görüş təşkil olunub.

Tədbirin əsas məqsədi layihə üzrə maraqlı tərəflərin və ictimaiyyət nümayəndələrinin layihənin tikinti və gələcək istismar mərhələləri, eləcə də ƏMTQ prosesi çərçivəsində həyata keçirilmiş ekoloji və sosial tədqiqatlar barədə məlumatlandırılması, layihənin ekoloji və sosial istiqamətlər üzrə obyektiv qiymətləndirilməsinin təmin edilməsi, həmçinin ictimai iştirakçılığın və şəffaflığın təşviqidir.

İctimai dinləmədə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, yerli ictimaiyyət və QHT nümayəndələri, sahə üzrə mütəxəssislər, media qurumları və digər maraqlı tərəflər iştirak edib.

Xatırladaq ki, 2029-cu ildə istismara verilməsi planlaşdırılan İBD zavodu layihəsinin ölkənin metallurgiya sənayesinin potensialının genişlənməsinə, məşğulluğun artırılmasına və regional iqtisadi fəallığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
apa.az

2Sources