EN

"Sosial şəbəkələrdə satılan hər idman qidasına aldanmayın" - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” kampaniyasını davam etdirir.

"Unikal" xəbər verir ki, layihənin növbəti qonağı akrobatika gimnastikası üzrə beynəlxalq dərəcəli hakim, gimnastika məktəbinin akrobatika bölməsinin baş məşqçisi Aynur Yusufova olub. O, gənclərə müraciət edərək sosial şəbəkələrdə reklam olunan hər məhsula etibar etməməyə çağırıb.

“Gənclərə tövsiyəm budur ki, sosial şəbəkələrdə qarşılarına çıxan hər məhsula inanıb almasınlar. İdman qidaları seçərkən diqqətli olsunlar. Dövlət qeydiyyatından keçməyən və nəzarətsiz şəkildə satışda olan idman qidaları və bioloji aktiv qida məhsulları sağlamlıq üçün ciddi risk yarada bilər”. 

Chosen
25
3
unikal.az

4Sources