Ermənistan İstintaq Komitəsi Cermuk şəhəri istiqamətində yerləşən hərbi mövqenin guya Azərbaycana verilməsi ilə bağlı yalan ifadə vermə ittihamları ilə cinayət işi açıb.
Hafta.az yazır ki, Armenpress-in məlumatına görə, "Güclü Ermənistan" alyansının üzvü Alik Aleksanyan 21 may tarixində Facebook-da "Xalq, siz gizlicə vəzifəni verirsiniz. Müdafiə naziri ürəklə kampaniya apararkən bu könüllüyə qulaq asın" başlığı ilə video paylaşıb. Videoda Aleksanyan və başqa bir şəxs Cermuk istiqamətində yerləşən döyüş mövqeyinin guya Azərbaycana verilməsi barədə danışırlar.
Elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi Alik Aleksanyan məlumatlarnıı rəsmən təkzib edib. Alınan mesaja əsasən, yalan ifadə vermə insanları yanlış yönləndirmə ittihamları ilə cinayət işi açılıb.
“İlkin araşdırma videoda danışan, üzü örtülü, N döyüş mövqeyində döyüş növbətçiliyi aparan şəxsin kimliyini müəyyən edib. Dindirmə zamanı sonuncu hər hansı bir mövqenin təslim olması barədə məlumatı təkzib edib və həmçinin qeyd edib ki, sərxoş vəziyyətdə N.K. tərəfindən təşkil edilən görüşdə iştirak edib. Alik Aleksanyan onun sosial problemlərini öyrəndikdən sonra dərhal jurnalistlə müsahibə təşkil edib. O, sərxoş olduğunu və həqiqətə uyğun olmayan məlumatlar verdiyini bildirib”, - deyə İstintaq Komitəsinin açıqlamasında bildirilir.