EN

Ukrayna ordusunun Luqanskda kollecə dron zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində dörd nəfər ölüb.

Rusiya KİV-i xəbər verir ki, bu barədə ombudsman Yana Lantratova bildirib.

Luqanskın yerli hakimiyyət orqanları yaralıların sayının 40-a çatdığını açıqlayıb.

11:33

Ukrayna ordusu Luqanskın Starobelsk şəhərində kollecin yataqxanasına dronla zərbə endirib.

TASS-ın xəbərinə görə, yataqxanın bir korpusu dağılıb.

Dağıntılar altında 18 nəfərin qaldığı bildirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından bir nəfərin meyitinin çıxarıldığını açıqlayıb.

Dron zərbəsi endirilərkən yataqxanada 14 yaşdan 18 yaşa qədər 86 nəfərin olduğu bildirilib.

Chosen
17
1
apa.az

8Sources