EN

Gimnastika üzrə beynəlxalq hakim: Sosial şəbəkələrdə satılan hər idman qidasına aldanmayın

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” kampaniyasını davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin növbəti qonağı akrobatika gimnastikası üzrə beynəlxalq dərəcəli hakim, gimnastika məktəbinin akrobatika bölməsinin baş məşqçisi Aynur Yusufova olub. O, gənclərə müraciət edərək sosial şəbəkələrdə reklam olunan hər məhsula etibar etməməyə çağırıb.

“Gənclərə tövsiyəm budur ki, sosial şəbəkələrdə qarşılarına çıxan hər məhsula inanıb almasınlar. İdman qidaları seçərkən diqqətli olsunlar. Dövlət qeydiyyatından keçməyən və nəzarətsiz şəkildə satışda olan idman qidaları və bioloji aktiv qida məhsulları sağlamlıq üçün ciddi risk yarada bilər”,- deyə baş məşqçi bildirib.

Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
3
azertag.az

4Sources