Azia.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.
Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.
Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib.
Məlumatı sabiq icra başçısının vəkili Elvin Əliyev də təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib.