EN

Azərbaycan müasir şəhərsalma sahəsində qabaqcıl təcrübəyə malikdir- ÖZƏL

"Azərbaycan şəhərsalmasının inkişafında keyfiyyətcə yeni mərhələ ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi dövründə şəhərsalma dövlət siyasətinin tərkib hissəsi kimi formalaşmış, tarixi irsin qorunması və müasir memarlıq layihələrinin milli ənənələrə uyğun həyata keçirilməsi prioritet istiqamətə çevrilmişdir. Bu dövrdə şəhər inkişafının institusional və hüquqi əsasları möhkəmləndirilmiş, uzunmüddətli urban inkişaf strategiyasının təməli qoyulmuşdur".  "Olaylar" xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Müstəqillik illərində Azərbaycanın, xüsusilə paytaxt Bakı şəhərinin memarlıq siması sürətlə dəyişmişdir. Müasir dövrdə həyata keçirilən iri miqyaslı layihələr - Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Ağ Şəhər layihəsi və digər urban inkişaf nümunələri ölkənin iqtisadi gücünü və müasir dövlət imicini nümayiş etdirir. Eyni zamanda regionlarda həyata keçirilən infrastruktur layihələri şəhər və kəndlərin sosial-iqtisadi inkişafına mühüm töhfə vermişdir.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycan şəhərsalma siyasətinin yeni mərhələsini formalaşdırmışdır. Bu proses təkcə infrastrukturun bərpası deyil, həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Hazırda "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni yaşayış məkanları yaradılır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunur, "yaşıl enerji"dən istifadə genişləndirilir və ekoloji dayanıqlılıq əsas prioritet kimi müəyyən edilir. Şuşa şəhərinin bərpası, Füzuli, Zəngilan və Ağdam kimi şəhərlərin yenidən qurulması Azərbaycanın müasir şəhərsalma sahəsində qabaqcıl təcrübə formalaşdırdığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources