EN

Paşinyan Yevlaxdan danışdı

BAKI, 22 may. TELEQRAF

“Qarabağ məsələsi birdəfəlik bağlanıb, bir daha açılmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“Qarabağ məsələsi bağlanıb, bu, davam etməyəcək. Qarabağa qayıdış mövzusu olmayacaq, Naxçıvana qayıdış mövzusu olmayacaq, Bakıya qayıdış mövzusu olmayacaq, Sumqayıta qayıdış mövzusu olmayacaq, Gəncəyə qayıdış mövzusu olmayacaq, Yevlaxa qayıdış mövzusu olmayacaq və sairə. Bu, absurd mövzudur, bu münaqişə mövzusudur, sülh mövzusu deyil. Bu, çox açıqdır”, - Baş nazir bildirib.

Nikol Paşinyan həmçinin azərbaycanlıların Ermənistana qayıdışı məsələsinin də gündəmdə olmadığını vurğulayıb.

Chosen
9
teleqraf.com

1Sources