Avtosfer saytına istinadən ain.az xəbər verir.
Sabirabad rayonunun Qaraağac kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 21-də gecə saat 02:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel Astra” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı otluq əraziyə düşüb.
Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub. Qəza nəticəsində nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, sürücü isə yüngül bədən xəsarətləri alıb. Bundan əlavə, zərbənin təsirindən yol kənarındakı işıq dirəyi yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.