EN

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olundu

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi, hərbçi Rəşadət Piriyevin nəşinin qalıqları mayın 22-də Yeni Daşkənd kəndində dəfn edilib.

Şəhidlə vida mərasimi keçirilib, daha sonra şəhidin nəşinin qalıqları Yeni Daşkənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestr Dövlət Himnini səsləndirib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhid Rəşadət Piriyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Rəşid Piriyevin qardaşıdır.//APA

Chosen
41
10
musavat.com

10Sources