EN

Arbeloa istefa verəcəyini açıqladı

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa istefa verəcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, ispaniyalı məşqçi istefasını sabah "Atletik Bilbao" ilə keçiriləcək son La Liqa oyunundan sonra açılayacağını bildirib.

"Oyunçular məni daha yaxşı insan etdilər və hər gündən zövq almağıma imkan verdilər. Buna görə də "Real Madrid"dən böyük minnətdarlıqla ayrılıram", - deyə o vurğulayıb.

"Real Madrid"in baş məşqçi vəzifəsinə namizədlər arasında olan Joze Mourinyo ilə işləmək ehtimalı barədə soruşulduqda, ispan məşqçi belə cavab verib:

"Joze Mourinyo fantastik məşqçi heyətinə və ətrafında çox yaxşı bir komandaya malikdir. Əgər gəlsə, öz komandası ilə gələcək, necə ki, belə də olmalıdır. Mənim onunla işləmək imkanım yoxdur".

Daşqın HəsənovMissiya.Az

Chosen
50
missiya.az

1Sources