EN

Hyundai 420 mindən çox avtomobili geri çağıracaq

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor", əyləc basılmasına səbəb ola biləcək proqram təminatı xətası səbəbindən ABŞ-də 421 min 80 avtomobili geri çağırır.

Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.

Geri çağrılma 2025-2026-cı illərdə istehsal olunmuş "Santa Cruz", "Tucson", "Tucson Hybrid" və "Tucson PlugIn Hybrid Electric" modellərinə şamil olunur.

Qeyd edilib ki, bu nəqliyyat vasitələrinin ön kameralarındakı proqram təminatında baş verən xəta, əyləc sisteminin vaxtından əvvəl aktivləşməsinə səbəb ola bilər ki, bu da qəza riskini artıra bilər./İqtisadiyyat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
avtosfer.az

1Sources