“Tədbir çox gözəldir. Bu, mənim tədbirdəki ikinci günümdür. Mən burada dünya ölkələrinin, o cümlədən Azərbaycanın, ərəb ölkələrinin mədəniyyətləri ilə tanış oldum.”
Bu sözləri Sudandan olan İT mütəxəssisi Bizim.Media-ya açıqlamasında bildirib.
O, hazırda Bakıda dostu ilə birgə ali təhsil aldığını və Bakının çox gözəl şəhər olduğunu qeyd edib.
Bizim.Media