EN

Rəşadət Piriyev dəfn edildi - YENİLƏNİB » AzadMedia.az


Birinci Qarabağ müharibəsinin itkin-şəhidi, hərbçi Rəşadət Piriyevin nəşinin qalıqları mayın 22-də Yeni Daşkənd kəndində dəfn edilib.

Azadmedia.az xəbərinə görə, şəhidlə vida mərasimi keçirilib, daha sonra şəhidin nəşinin qalıqları Yeni Daşkənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestr Dövlət Himnini səsləndirib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhid Rəşadət Piriyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Rəşid Piriyevin qardaşıdır.

***

11:54

Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.

R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.
Chosen
34
10
azadmedia.az

10Sources