EN

WUF13 bitdi: Bakı dünyaya yeni Azərbaycanı təqdim etdi

Bakıda keçirilən dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatıb. Forumun bağlanış mərasimində çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax  deyib ki, WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı iştirak edib. Onun sözlərinə görə, Forumda 11 dövlət başçısı, 88 nazir, 76 nazir müavini və 130 şəhər meri iştirak edib.Tədbirə 2 mindən çox şəxs onlayn formatda qoşulub. Forum çərçivəsində ümumilikdə 579 sessiya təşkil olunub. Urban Expo sərgisini isə 74 mindən çox insan ziyarət edib.
İstər  BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)  təmsilçiləri, istərsə də xarici qonaqlar WUF13-ün yüksək səviyyədə təşkil edildiiyni və qarşıya qoyduğu hədəflərə nail olduğunu qeyd ediblər.

WUF13-ün  yekunları ilə mövqeyini Ölkə.az-a bölüşən Milli Məclisin deputatı Əli Məsimli deyib ki, Azərbaycan  növbəti mötəbər beynəxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə  beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirdi.

Nəticələrə gəlidkdə,  bunu aşağıdakı kimi  qiymətləndirə bilərik:

“Birincisi, Azərbaycan, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi qlobal tədbiri çox yüksək səviyyədə təşkil etməklə həm şəhərsalmanın inkişafına sadiqliyini nümayiş etdirirdi,həm öz böyük töhfəsini,həm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımından öz nüfuzunu bir daha təsdiqlədi və həm də COP29-dan WUF13-ə doğrü yeni reallıq formalaşdırdı.

İkincisi, Bakı Ümumdünya Şəhərsalma Forumunda sırf şəhərsalma məsələləri ilə yanaşı onunla bağlı və vəhdətdə götürüldükdə müasir dövrdə onun səmərəli inkişafı üçün çox zəruri olan məsələlər, dayanıqlı inkişaf, memarlıq, urbanizasiya, Minilliyin İnkişaf Məqsədləri ilə bağlı məsələlər, insan rifahı məsələləri,beyin mərkəzlərinin prosesdə iştirakı kimi məsələlər və sair kifayət qədər qlobal və genişmiqyaslı məsələlər müzakirə olundu.Forum şəhərsalma və urbanizasiya tarixində çox mühüm hadisə kimi yadda qaldı. 

Üçüncüsü, Bakı Forumunun ən mühüm tərəflərindən biri də Azərbaycanın dünyaya yenidən təqdim olunması oldu.176 ölkədən gələn nümayəndələr Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanı qazandılar.Xüsusən də Qarabağ həqiqətləri,Azərbaycanın bərpa modeli diqqət mərkəzində oldu.Forumda Bakı özünü həm yaxşı ev sahibi, həm şəhərsalma transformasiyasının işlək modeli kimi təqdim edə bildi.Azərbaycan həyata keçirdiyi böyük quruculuq layihələri, şəhərsalma mədəniyyəti, işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış məntəqələri və müasir şəhər konsepsiyaları ilə öz təcrübəsini beynəlxalq ictimaiyyətlə paylaşdı. 

Dördüncüsü, Bakı Forumunda səslənən fikirlər, irəli sürülən təşəbbüslər, təqdim olunan ideyalar və qarşılıqlı təcrübə mübadiləsi şəhərsalma və urbanizasiya sahəsində mühüm töhfələr verə bilər. Forum çərçivəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi gələcəkdə daha dayanıqlı və müasir şəhər modellərinin formalaşmasına xidmət edəcək.

Beşincisi, Forum qlobal medianın diqqətini Bakıya yönəltdi. Müzakirə olunan məsələlərin məğzi,əhəmiyyəti,gözləntiləri dünya mediasında geniş işıqlandırıldı. Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olundu.

WUF13-də Azərbaycan bu mühüm platforma vasitəsilə həm beynəlxalq təcrübədən faydalandı, həm də öz uğurlu təcrübəsini dünya ilə bölüşdü və beləliklə qlobal urbanizasiya problemlərinin həlli,dayanıqlı urbanizasiya və şəhərsalma sahəsində ölkələr tərəfindən həyata keçirilən siyasət barədə dünya ictimaiyyətinin məlumatlandırılması,şəhərlərin dayanıqlı inkişafına vahid yanaşmanın təbliğ edilməsi və sair istiqamətində növbəti mühüm addım atılmış oldu. Azərbaycanın təcrübəsi dünyada müharibə və onun törətdiyi dağıntı və fəlakətlərin artdığı hazırkı dövrdə regoional və qlobal anlamda fikirləşmək və nəzərə almaq üçün zəngin mateial verir ki, postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri güclü siyasi iradə və dayanıqlı inkişaf prinsiplərinə əsaslandıqda, belə bölgələr inkişafın, regional bağlantının və sülhün mühüm mərkəzlərinə çevrilə bilər”.

 Mürtəza

Chosen
64
18
olke.az

10Sources