EN

Jumana Attyat: Nəqliyyat infrastrukturunun inkişafı şəhərlərin iqtisadi və sosial tərəqqisinə mühüm töhfə verir

Bakı, 22 may, AZƏRTAC

Nəqliyyat infrastrukturunun inkişafı və turizm marşrutlarının genişləndirilməsi şəhərlərin iqtisadi və sosial inkişafına mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, bunu İordaniyanın Mənzil və Şəhər İnkişafı Korporasiyasının baş direktoru Jumana Attyat Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, müasir şəhərlərin inkişafında məlumatların toplanması və inteqrasiyası daha çevik qərarvermə, effektiv planlaşdırma və hesabatlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dayanıqlı inkişaf məqsədlərinin yerli səviyyədə həyata keçirilməsi bütün idarəetmə səviyyələrində koordinasiya və birgə fəaliyyət tələb edir. Şəhər və mənzil sektoru daim dəyişən dinamikaya malikdir və bu səbəbdən uzunmüddətli strategiyaların operativ məlumatlarla dəstəklənməsi vacibdir. Məlumat axınının düzgün idarə olunması şəhər xidmətlərinin daha effektiv təşkili və resursların səmərəli istifadəsi üçün əsas şərtlərdən biridir.

Chosen
13
1
azertag.az

2Sources