EN

"Şəfa"da yeni təyinat reallaşdı

1-ci Liqadakı mübarizənin başa çatmasına 1 tur qalmış çempionluğu bayram edərək Misli Premyer Liqasında iştirak hüququ qazanan "Şəfa"da yeni təyinat reallaşıb.

Fanat.Az xəbər verir ki, klub rəsmi sosial şəbəkə hesabında yeni mətbuat katibinin adını açıqlayıb.

Bu, "publika.az"ın idman jurnalisti Heybət Məmmədovdur.

Xatırladaq ki, Bakı təmsilçisi komandanı elitaya daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil. Rəhbərlik bu posta "Zirə"nin koordinatoru Zaur Həşimovu gətirməyi planlaşdırır.

Toğrul

Chosen
20
1
fanat.az

2Sources