EN

Xərçəngə qalib gəldi Belə QEYD ETDİ VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Türkiyədə xərçəng xəstəliyinə qalib gələn Elif Tekir sağalmasını fərqli və duyğusal şəkildə qeyd edib.

Milli.Az xəbər verir ki, o, avtomobilinin arxa hissəsinə "Mən xərçəngə qalib gəldim, qeyd etmək üçün siqnal verin" sözlərini yazaraq yola çıxıb. Maraqlı təşəbbüs digər sürücülərin də diqqətini çəkib.

Yoldan keçən avtomobillərin siqnal səsləri ilə Elifin sevincinə şərik olması sosial şəbəkələrdə böyük maraq doğurub. Yayılan görüntülər qısa zamanda minlərlə baxış toplayıb.

Bir çox istifadəçi bu addımı həm motivasiyaedici, həm də duyğusal hesab edib. Xüsusilə insanların ona dəstək məqsədilə siqnal verməsi izləyicilər tərəfindən təqdir olunub.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
news.milli.az

1Sources