ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələr olduqca fəal keçib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, forum beynəlxalq medianın böyük diqqətini cəlb edib:
“1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.
Anar Quliyev qeyd edib ki, WUF13-ün digər mühüm nəticələrindən biri gələcək Ümumdünya Şəhərsalma Forumlarında tətbiq olunacaq səmərəlilik standartlarının yaradılması məqsədilə Bakı Standartının tətbiqinə dair niyyət məktubunun imzalanması olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.