EN

"Ümid edirəm ki, BMT-nin növbəti Baş katibi Latın Amerikasından olan bir qadın olacaq"

BAKI, 22 may. TELEQRAF

"Mən Bakıya, azərbaycanlılara, bütün könüllülərə, bu qədər mehriban, səmimi və önəmli insanlara çox minnətdaram".

Teleqraf xəbər verir ki, bu barədə Latın Amerikasının Qadınlar və Yaşayış Mühiti Şəbəkəsinin həmtəsisçisi Ana Falu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimində deyib.

O qeyd edib ki, bu, qadınlar üçün həm bu gün, həm də gələcək üçün mühüm bir andır:

“Ümid edirəm ki, BMT-nin növbəti Baş katibi qadın olacaq və həm də Latın Amerikasından olan bir qadın olacaq. Hüquqlarımız uğrunda mübarizəmizdə nə qədər yol qət etmişik. Bununla belə, dünyanın hər yerində müxtəlif kimliklərin kəsişməsində – irq, etnik mənsubiyyət, yaş, əlillik, yaşadığı ərazi və digər amillər baxımından – qadınlar və qızlar sistemli ayrı-seçkiliyin müxtəlif formalarına məruz qalır və hüquqlarına, xüsusilə də adekvat mənzil hüququna çıxışda ciddi maneələrlə üzləşirlər. Məhz buna görə qadınların səsini dinləməyə ehtiyacımız var”.

Chosen
4
teleqraf.com

1Sources