EN

ABŞ və İran sülh elan etməyə HAZIRLAŞIR: Razılaşmanın DETALLARI

Yaxın saatlarda ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə əldə olunmuş münaqişənin nizamlanmasına dair sazişin imzalandığı elan edilə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, sənəddə quruda, dənizdə və havada atəşin tamamilə dayandırılması, infrastruktur obyektlərinə hücumlardan imtina edilməsi, habelə hərbi və informasiya əməliyyatlarının dayandırılması nəzərdə tutulur. Tərəflər həmçinin bir-birinin suverenliyinə hörmət etmək və daxili işlərinə qarışmamaq öhdəliyi götürürlər.

Sənədin ayrıca bəndi Fars və Oman körfəzlərində, eləcə də Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsinə aiddir. Bu şərtlərin yerinə yetirilməsi müqabilində ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazırdır. Saziş hər iki tərəfin rəsmi təsdiqindən sonra qüvvəyə minəcək.

Musavat.com

Chosen
4
musavat.com

1Sources