EN

Rusiyada xüsusi əməliyyat: Görün kimlər saxlanıldı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya İstintaq Komitəsi Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda və əməkdaşlarının yaşayış yerlərində axtarışlar aparıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “T-invariat” nəşri institutdakı mənbəyə istinadən məlumat yayıb.

Fəlsəfə İnstitutunun direktoru vəzifəsini icra edən, Rusiya Elmlər Akademiyasının akademiki, 87 yaşlı Əbdüsalam Hüseynov da daxil olmaqla, təxminən on alim dindirilmək üçün istintaqa aparılıb.

Onların əksəriyyəti dindirildikdən sonra girov müqabilində sərbəst buraxılıb. Eyni zamanda, institutun baş elmi işçisi, fəlsəfə elmləri namizədi Svetlana Mesyats xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. 

“RBC” agentliyinin verdiyi məlumata görə, Moskvanın Tverskoy Rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin müstəntiqinin tələbi ilə filosofu ev dustaqlığına buraxıb.

İstintaq hesab edir ki, 2018-ci ildən 2024-cü ilə qədər büdcə vəsaitləri hesabına maliyyələşdirilən “Aristotelin irsi” elmi layihəsinin həyata keçirilməsi zamanı hesabat sənədlərinə görülən işlər barədə yalan məlumatlar daxil edilib.

Layihə, əvvəllər nəşr olunmamış traktatların tərcüməsi, tarixi və fəlsəfi şərhlərin hazırlanması və qədim Aristotel ənənəsinin öyrənilməsi daxil olmaqla, Aristotelin əsərlərinin rus dilində tam akademik toplusunun hazırlanmasını nəzərdə tuturdu. 

Lakin, araşdırmaya görə, nəticələrin bəziləri əslində mövcud olmayıb və ya yalnız kobud və yarımçıq materiallar şəklində mövcud olub.

Audit həmçinin elmi işin həcminin şişirdilməsinin və hesabata əvvəllər hazırlanmış və ya artıq dərc olunmuş tədqiqatlardan götürülmüş mətnlərin daxil edildiyini aşkara çıxarıb. 

Müşfiq Abdulla

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
cebheinfo.az

2Sources