BAKI,TurkicWorld Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin fevral ayının sonunda İrana qarşı həyata keçirdiyi hücum və sonrakı müharibəni BMT Nizamnaməsinin “açıq şəkildə pozulması” kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı sosial media paylaşımında bildirib ki, BMT Nizamnaməsində “zəruri müharibə” anlayışı yoxdur və sənəd heç bir dövlətə başqa suveren ölkəyə qarşı güc tətbiq etmək hüququ vermir. Bəqai əlavə edib ki, ABŞ–İsrailin İrana hücumu sadəcə “lazımsız müharibə” kimi təqdim edilə və ya kiçildilə bilməz.
Onun sözlərinə görə, bu əməliyyat BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin kobud şəkildə pozulması və suveren dövlətə qarşı açıq təcavüz aktıdır. Bəqai vurğulayıb ki, hüququn aliliyinə və BMT Nizamnaməsinə hörmət edən hər bir ölkə bu təcavüzü qəti şəkildə pisləməli və məsuliyyət tələb etməlidir.