EN

​ABŞ Qasim Süleymanini həmin PUA ilə vurmuşdu… İran ABŞ nin bahalı dronlarını məhv edib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İranla müharibənin başlanğıcından bəri ABŞ 30-a qədər “MQ-9 Reaper” dronunu itirib. 

“AzPolitika” xəbər verir ki, “Bloomberg” bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Bu dronlar kəşfiyyat və müşahidə sistemləri ilə təchiz olunub, lakin raketlər və idarə olunan bombalar da daşıya bilər. Yaxın Şərq münaqişəsinin başlanğıcından bəri ABŞ bu dronlardan ən azı 24-nü itirib. Lakin zədələndiyi üçün silinmiş PUA-lar da daxil olmaqla, onların sayı 30-a qədər çata bilər. Belə drondan birinin qiyməti təxminən 30 milyon dollardan çoxdur. Buna görə də pul baxımından itkilər 1 milyard dollara yaxındır. “Bloomberg”-in məlumatına görə, kəmiyyət baxımından amerikalılar müharibədən əvvəl sahib olduqları “MQ-9 Reaper”-lərin 20%-ə qədərini itirib.

Bu dronlar artıq ABŞ ordusu üçün istehsal olunmur, baxmayaraq ki, onları istehsal edən “General Atomics” şirkəti digər ölkələr üçün bu dronların müxtəlif modifikasiyaları üçün sifarişləri yerinə yetirməyə davam edir. ABŞ üçün “MQ-9 Reaper”-i əvəz etmək üçün yalnız 10-a yaxın “Avenger” dronu istehsal edilib.

“MQ-9 Reaper” İraq, Əfqanıstan, Afrika, Yaxın Şərq, Şərqi Avropa NATO ölkələrində və Qara dəniz üzərində geniş istifadə olunub. Bu PUA-ların ən məşhur qurbanı isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Süleymani olub. 2020-ci ilin yanvar ayında məhz “MQ-9 Reaper”, Bağdad hava limanına yaxınlaşan Süleymaninin karvanına raket zərbələri endirərək bir neçə yüksək vəzifəli İran hərbi rəsmisini, o cümlədən də Süleymanini öldürmüşdü.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
azpolitika.info

1Sources