Nasizm və revanşizm bayrağı altında Qərb Rusiyaya qarşı yalnız hibrid metodları deyil, həm də fiziki hücumları nəzərdən keçirən ümumavropa hücum qrupu yaradır.
Ölkə.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Children's Edition"a müsahibəsində deyib.
Onun sözlərinə görə, Birinci və İkinci Dünya Müharibəsi ərəfəsində ortaya çıxan nasizm bu gün yeni formada qarşımıza çıxmaqdadır. “Eyni şəkildə, indi də eyni nasizm və revanşizm bayrağı altında Rusiyaya qarşı ümumavropa hücum qrupu yaradırlar. Yalnız hibrid metodlardan istifadə etmirlər, həm də fiziki hücumu nəzərdən keçirirlər. Bu qrupun başında Adolf Hitler deyil nasist şüarları ilə Vladimir Zelenski dayanır”, - Lavrov qeyd edib.
Mürtəza