EN

Yaddaş zəifləməsi nəyin əlamətidir? - ARAŞDIRMA

Yeni elmi araşdırma göstərib ki, orta yaşlarda yaddaşla bağlı şikayətlər Alzheimer xəstəliyinin çox erkən mərhələlərinə işarə edə bilər.

Redaktor.az xəbər verir ki, M Otaqo Universitetinin alimləri “The Conversation” portalına istinadən bildiriblər ki, yaddaşın subyektiv şəkildə zəifləməsi 45 yaşdan etibarən belə xəstəliyin bioloji göstəriciləri ilə əlaqəli ola bilər.

Tədqiqatçılar 50 ildən çoxdur davam edən məşhur Dunedin Study layihəsinin məlumatlarını analiz ediblər. Nəticələrə əsasən, 45 yaşlı iştirakçılarda yaddaşla bağlı şikayətlər qanda Alzheimer xəstəliyi ilə əlaqəli hesab edilən pTau181 zülalının səviyyəsi ilə əlaqə göstərib.

Alimlər qeyd edirlər ki, bu zülal Alzheimer xəstələrində daha yüksək səviyyədə olur və xəstəliyin erkən mərhələlərində orqanizmdə toplanmağa başlaya bilər. Lakin maraqlı məqam odur ki, pTau181 səviyyəsi ilə nə MRT nəticələri, nə də koqnitiv testlər arasında bu mərhələdə ciddi dəyişiklik müşahidə olunmayıb.

Mütəxəssislərin fikrincə, bu, xəstəliyin çox erkən dövründə, beyin strukturlarında dəyişikliklər yaranmazdan əvvəl bioloji proseslərin başladığını göstərə bilər.

Tədqiqatçılar hesab edirlər ki, orta yaş dövrü demensiyanın qarşısının alınması üçün mühüm mərhələdir. Onların sözlərinə görə, erkən risklərin müəyyən edilməsi gələcəkdə profilaktik tədbirlərin – qan təzyiqinə nəzarət, fiziki aktivlik, sosial əlaqələrin gücləndirilməsi kimi addımların daha tez başlanmasına imkan verə bilər.

NURİYYƏ

Chosen
83
41
redaktor.az

10Sources