EN

ADA Universitetinin dosenti: Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli cavab tədbirləri tələb edir

Bakı, 22 may, AZƏRTAC

Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli, birgə və təxirəsalınmaz cavab tədbirləri tələb edir. Bu fəaliyyətə çağırışın mərkəzində mənzil təminatının yenidən prioritetləşdirilməsi dayanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində ADA Universitetinin dosenti Anar Vəliyev deyib.

O qeyd edib ki, bu proses inteqrasiya olunmuş mənzil siyasətinin idarə edilməsi ilə yönləndirilməli, təşkilatlanmış çoxtərəfli maraqlı tərəflərin fəaliyyətləri, uzunmüddətli proqnozlaşdırılabilən maliyyə resursları, təkmilləşdirilmiş icra potensialı, çoxsəviyyəli idarəetmə, davamlı dövlət investisiyaları və ölçüləbilən hesabatlılıq mexanizmləri ilə dəstəklənməlidir.

Chosen
18
1
azertag.az

2Sources