EN

Giorgi Xaindrava: WUF13-ün yüksək səviyyədə təşkili region üçün də mühüm əhəmiyyət kəsb edir

Tbilisi, 22 may, AZƏRTAC

“Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkili təkcə Azərbaycan üçün deyil, region üçün də mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlə azərbaycanlı qardaşlarımı təbrik edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü siyasi ekspert Giorgi Xaindrava deyib.

“Belə mühüm beynəlxalq forumun məhz Bakıda keçirilməsi regionun əhəmiyyətinin dünyada getdikcə artığını göstərir. Azərbaycanda urbanizasiya sahəsində əldə olunan nəticələr, Prezident İlham Əliyevin forumdakı çıxışı, eləcə də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin səsləndirdiyi fikirlər göstərir ki, həm Azərbaycan, həm də Gürcüstan öz gələcəyi, şəhərlərin inkişafı, şəhər və kənd münasibətlərinin balanslı şəkildə qurulması barədə ciddi düşünür. Bu baxımdan, Azərbaycan–Gürcüstan əməkdaşlığı da nümunəvi xarakter daşıyır. Bakıda keçirilən bu böyük beynəlxalq tədbir bir daha göstərdi ki, hər iki ölkədə urbanizasiya, infrastruktur və gələcək inkişaf istiqamətində sistemli iş aparılır”, - deyə ekspert vurğulayıb.

O deyib: “Biz sovet dövründə bu məsələlərə kifayət qədər diqqət ayrılmadığının nəticələrini görmüşük. İndi isə əksinə, düzgün urbanizasiya siyasətinin necə müsbət nəticələr verdiyini müşahidə edirik. Mən Bakını 65 ildir ki tanıyıram. Bugünkü Bakının vəziyyəti göstərir ki, ölkədə şəhərsalma və müasir inkişaf məsələlərinə çox böyük önəm verilir”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Chosen
20
1
azertag.az

2Sources