EN

Paraqvay Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

BAKI, 22 may. TELEQRAF

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:

Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Paraqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.
Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulayıram.

Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini diləyirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı və dərin hörmətimi bir daha ifadə edirəm.

Santyaqo Penya

Paraqvay Respublikasının Prezidenti

Chosen
14
5
teleqraf.com

10Sources